Danimarkanın Baş naziri Mette Frederiksenin "Instagram" hesabında paylaşdığı foto ölkədə gündəm yaradıb.

"Unikal" xəbər verir ki,  2019-cu ildən Baş nazir vəzifəsini icra edən 46 yaşlı Frederiksenin ailəsi üçün yemək hazırladığı fotosunda bir detal diqqət çəkib. 

Sosial şəbəkə istifadəçiləri Frederiksenin çiy toyuq kəsərkən ayrıca kəsmə taxtası istifadə etməməsinə çox sərt reaksiya veriblər.  

Onlar “Zarafat edirsən?”, “Tərəvəzlə çiy toyuğu eyni taxtada kəsmək olmaz, ciddisən?” deyib. Çox keçməyib ki, Baş nazir şərhçilərə cavab verməli olub. 

 "Təbii ki, qazandakı soğan və toyuq kifayət qədər qızdırılmalıdır. Yeri gəlmişkən, prosedurlardan sonra həm kəsmə taxtası, həm də bıçaq yuyulub", - Frederiksen yazıb.  Siyasətçi mesajın sonunda göz qırpan emojisini də əlavə edib.