"Biz hər zaman müharibəyə hazır olmalıyıq".

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

Onun sözlərinə görə, Ermənistan müdafiə qabiliyyətini hər gün, hər saat artırmaqla məşğul olur. 

Spiker ölkənin müharibəyə hazır olub-olmadığı ilə bağlı suala belə cavab verib: "Heç kim bu suala cavab verə bilməz, bunun üçün bilmək lazımdır ki, məsələn, qarşı tərəfdə atom bombası var, ya yox. 30 il ərzində bizə elə gəlirdi ki, biz hazırıq və bölgənin ən bacarıqlı ordusuna malikik. Məlum oldu ki, yox. Başqa bir oxşar nümunə dünyanın başqa bir yerində baş verdi, bir ölkə dünyanın ən bacarıqlı ordusuna sahib olduğunu düşünsə də, əksi oldu". 

Ağarza Elçinoğlu