“Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nda dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Memarlıq abidələri” bölməsinə “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu” və XVII-XVIII əsrlərə aid Məhəmmədli kəndində yerləşən Əli daşı türbəsi əlavə edilib.