"Uşaqların süni qidalandırılması son 20-30 ildə sürətlə artıb. Ana südü ilə qidalanan uşaqların sayı get-gedə azalır. Bu, çox təhlükəki tendensiyadır"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri bildirib ki, dünyanın bri çox ölkələrində uşaqlar üçün istehsal olunmuş süni qida maddələrinin reklamı qəti qadağandır:

"Bu reklamı etməklə uşaqların ana südü ilə, təbii yolla qidalanmasının qarşısını alırıq. Uşaq üçün ana südündən qiymətli, onların sağlam böyümsəi üçün lazım olan ikinci qidanı həyatda görmürük. Süni qida maddələrinin tərkibi nə qədər zəngin də olsa da, keyfiyyətli hazırlansa da, amma heç vaxt ana südünü əvəz edə bilməz. Uşaqların immunetinin formalaşmasında, gələcəkdə ağır xəstəliklərə tutulmasının qarşısının alınmasında ana südü əvəzsizdir. Təəsüflər olsun ki, süni qidalar reklam olunur. Mən də belə reklamları görmüşəm. Bununla ciddi mübarizə aparmaq lazımdır. Düzdür, burada maraqlı tərəflər var. Bununla məşğul olan şirktələr maraqlıdır ki, daha çox süni qida satsınlar. Nəzərə almaq lazımdır ki, bu gün süd vəzi xərçəngi qeydə alınan qadınların çoxu məhz övladına süd verməyən analardır”.  

Ə.Əmiraslanov vurğulayıb ki, gənc qadınlar arasında körpəsinə süd verməmək dəb halına düşüb: “Bu çox təhlükəli tendensiyadır. Bundan başqa, qeysəriyyə üsulu ilə körpə dünyaya gətirməklə təbii yolla doğuşun sayı da azalıb. Bunu müxtəlif yolla əsaslandırmağa çalışsalar da, inandırıcı görünmür. Həm körpəyə ana südü verməmək, həm də qeysəriyyə əməliyyatı yalnız həkim göstərişi ilə olmalıdır”.

Anar Kəlbiyev