Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev barəsində növbəti qərar verilib.
“Unikal”ın məlumatına görə, Yasamal rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən məhkəmə prosesində “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının Cahangir Hacıyevə qarşı iddiası təmin olunub.
Xatırladaq ki, C.Hacıyev “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 4,7 milyard manat məbləğində pul vəsaitini mənimsədiyinə görə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Azər İsrafilov