İspaniyanın “Barselona” komandası sabiq futbolçusu Dani Alvesin adını əfsanələr siyahısından çıxarıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi təcavüz ittihamı ilə 4,5 il müddətinə azadlıqdan məhrum olunan braziliyalı oyunçunun fotosunu klubun rəsmi saytından silib.
Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü 2008-2016 və 2021-2022-ci illər mövsümündə "Barselona"da çıxış edib. O, İspaniya nəhənginin heyətində 6 dəfə La Liqanın, 4 dəfə Kral Kubokunun, 4 dəfə İspaniya Superkubokunun, 3 dəfə Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.