Bakıda ticarət mərkəzindən oğurluq edilib.

"Unikal" DİN-ə istinadən xəbər verir ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki ticarət mərkəzində mağazaların birindən 4500 manat dəyərində yataq dəstləri oğurlamaqda şübhəli bilinən Azad Seyidov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.