Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun müvafiq əmri ilə Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə işdən azad olunub. 

"Unikal" xəbər verir ki, Babək Rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq İdarənin məsləhətçisi Səfərli Yusif Vüqar oğluna həvalə edilib.