Çin Amerika Birləşmiş Ştatlarının Tayvana silah satmasının qəti əleyhinədir və bunun regionda gərginliyi artıracağı barədə xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, bu bəyanatı Çin Dövlət Şurasının (Nazirlər Kabineti) Tayvan məsələləri ofisinin rəsmisi Cu Fenlien səsləndirib.

“Biz Birləşmiş Ştatların Tayvan regionuna silah satmasının əleyhinəyik. Bu, bizim ardıcıl və aydın mövqeyimizdir. Biz ABŞ tərəfini “Vahid Çin” prinsipinə, Çin-ABŞ bəyannamələrinin müddəalarına riayət etməyə və Tayvana silah satışını dayandırmağa çağırırıq”, - deyə Çin rəsmisi bildirib.

O, Tayvandakı Demokratik Tərəqqi Partiyası səlahiyyətlilərinin ABŞ-a güvənərək və hərbi vasitələrdən istifadə edərək adanın qondarma “müstəqilliyi”nə can atdıqlarını, bu cür addımların Tayvan boğazındakı hərbi münaqişə təhlükəsini artıracağını deyib.

ABŞ Dövlət Departamenti bu yaxınlarda Tayvana 75 milyon ABŞ dolları dəyərində təkmilləşdirilmiş taktiki məlumatötürmə sisteminin satışını təsdiqləyib. Bu, Co Baydenin prezidentliyi dövründə Birləşmiş Ştatların Tayvana 13-cü silah satışıdır.

Tayvan məsələsi Çin-ABŞ münasibətlərinin ən həssas məqamıdır. Rəsmi Pekin Tayvan mövzusunu Çin və Birləşmiş Ştatlar arasındakı münasibətlərdə keçilə bilməyən əsas qırmızı xətt hesab edir. Çin ABŞ-dan “Tayvanın müstəqilliyi”ni dəstəkləməməyi və adanı silahlandırmamağı tələb edi