Yeni Zelandiya Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər və Ticarət Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, yeni məhdudiyyətlər Rusiya neftinin qiymətlərinə və bəzi malların vasitəçilər vasitəsilə Rusiya və Belarusa ixracına təsir edəcək, həmçinin Rusiya vətəndaşları və şirkətləri üçün maliyyə və iqtisadi məhdudiyyətləri əhatə edəcək.

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Petersin izah etdiyi kimi, məhdudiyyətlər “mövcud məhdudiyyətlərin, o cümlədən Rusiya müdafiə sənayesi üçün texnologiyanın əldə edilməsi ilə məşğul olan” 45 Rusiya vətəndaşına və 16 təşkilata təsir edəcək. 

Gülayə Mecid