Dəri insan bədəninin xarici təbəqəsini təşkil edən bir toxumadır. Dəriyə qulluq üçün insanların çoxu, nəmləndirici, günəş qoruyucuları və digər dəriyə qulluq məhsulları tətbiq etməklə dərilərinə xarici qulluq göstərə bilərlər. Bununla belə, düzgün qidalanma dəri sağlamlığını qorumaq üçün daha çox fayda təmin edə bilər.

"Unikal" dəri sağlamlığına kömək edən qidaları təqdim edir:

1. Qreypfrut

Qreypfurt dəri hüceyrələrini zədələnmədən qorumağa kömək edən antosiyaninlər adlı birləşmələri özündə ehtiva edir. Araşdırmalara görə, antosiyaninlər antioksidant təsirə malikdir və sızanaq kimi dəri xəstəlikləri olan insanlar üçün çox faydalıdır.

2. Çiyələk

Çiyələk C vitamini, antosiyaninlər və fenolik turşular kimi dəri sağlamlığını dəstəkləyən maddələrlə zəngindir. Aparılan araşdırmalar nəticəsində C vitamininin dəri hüceyrələrini zədələnmədən qoruduğu müəyyən edilib. Bir fincan dilimlənmiş çiyələk gündəlik C vitamini ehtiyacınızın 108 faizini təmin edə bilər.

3. Sümük bulyonu

Sümük suyu hazırlamaq üçün kollagenlə zəngin heyvan sümükləri, adətən, 8 saatdan çox qaynadılır. Bu zaman dəri sağlamlığını dəstəkləyən jelatin kimi bir maye istehsal edilir. Bir qab sümük bulyonu içmək dərini nəmləndirməyə və hüceyrələrini bərpa etmək və yeniləmək üçün lazım olan amin turşuları ilə təmin etməyə kömək edə bilir.

4. Qabıqlı dəniz məhsulları 

İstiridyə, krevetka kimi qabıqlı balıqlar dərinin iltihabını azaldılmasında və yaraların sağalmasına kömək edən sink mineralı ilə zəngindir. Bundan əlavə, UV şüalarından qorunmağa kömək edən selenium da bu qidalarda yüksəkdir. 6 orta ölçülü istiridyə istehlak etmək gündəlik sink ehtiyacınızı ödəyir və gündəlik selenyum ehtiyacınızın 30 faizini təmin etmiş olur.

 5. Alabalıq
Alabalıq D vitamini ilə zəngin olan azsaylı qidalardan biridir. Araşdırmalardan məlum olmuşdur ki, D vitamini dəri hüceyrələrinin böyüməsi və dəri baryerinin formalaşması üçün lazım olan yağda həll olunan qidadır. Bundan əlavə, D vitamini iltihabı tənzimləməyə də kömək edir və bədəni zərərli maddələrdən qorumağa kömək edən immunitet sistemini formalaşdırır.

6.Brokoli

Brokolinin tərkibində yüksək miqdarda C vitamini və polifenol antioksidantları var. Polifenollar kollagenin və elastinin parçalanmasında iştirak edən müəyyən fermentlərə maneə törədə bilər ki, bu da qocalmanı yavaşlatmağa kömək edir.

7. Qarpız

Qarpızın 90 faizdən çoxu sudan ibarətdir, bu da onu dərinizi içəridən nəmləndirmək üçün yaxşı bir seçimdir. Qarpız yaxşı bir C vitamini mənbəyidir və beta-karoten kimi dərini dəstəkləyən antioksidanlara malikdir. Başqa sözlə, o, dəri hüceyrələrini qidalandıraraq, onların daha yaxşı görünməsinə kömək edir.

8. Gilas

Araşdırmalar nəticəsində albalının dərini zərərli günəş işığından qorumağa kömək edə biləcək hidroksisinnamik turşu və Flavan-3-ol kimi birləşmələrini özündə ehtiva etdiyi müəyyən edilib.

9. Pomidor

Pomidor likopen kimi birləşmələri ehtiva edən bir qidadır. Aparılan araşdırmalarda, pomidorların dərinin qızartısını azaldıb, dərinin görünüşünü və piqmentasiyasını yaxşılaşdırdığını, beləliklə də UV şüalarının səbəb olduğu dəri zədələnməsinin və günəşə məruz qalması səbəbindən dərinin qocalmasının qarşısını aldığı aşkar edilmişdir.

10. Kimçi

Kimçi, kələm soğan, turp, yerkökü və xiyar kimi digər maddələrlə hazırlanmış fermentləşdirilmiş məzə növüdür. Bu qida A və C vitaminləri də daxil olmaqla optimal dəri sağlamlığı üçün vacib olan probiotiklər və qida maddələri ilə zəngindir.

Zərifə Nağıyeva