44 günlük müharibədən sonra blokada hiss etmədik. 

"Unikal" xəbər verir ki, bunu işğal zamanı Ağdərənin Lüləsaz kəndinə rəhbərlik edən Hrant Baxşiyan deyib. 

O, etiraf edib ki, Suqovuşanla kəndin birləşdiyi hissəsdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) qoşunları yerləşdirilib: "Rus sülhməramlıları da kəndlə "Madagiz" arasında yerləşdirilmişdi".

Baxşiyan 2023-ci il sentyabr ayının 19-da keçirilən lokal xarakterli antiterror əməliyyatından əvvəl ailələrin kənddən çıxarılmasını tapşırıb. Yəni bu barədə onlara belə əvvəlcədən məlumat verilib. 

Onun sözlərinə görə, Azərbaycan tərəfi 19-u günortadan sonra MTX-nin mövqelərini atəşə tutmağa başlayıb: "O vaxta qədər ruslar heç kimə xəbərdarlıq etmədən qoşunlarını yaxınlıqdakı bazadan çıxarmışdılar. Bizim təhlükəsizlik qüvvələri də bizdən sonra özləri çıxdılar".

Ağarza Elçinoğlu