Aydın və Hatay mərkəzləri olan 9 vilayətdə "Kafes-50" əməliyyatları həyata keçirilib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Məlumatda 9 vilayətdə eyni vaxtda həyata keçirilən “KAFES-50” əməliyyatlarında Hatayda B.Ç və M.Ç Aydında isə Hüseyn Avni Dəmirkolun başçılıq etdiyi iki ayrı mütəşəkkil cinayət qrupu məhv edildiyi açıqlanıb. Həmçinin, aralarında təşkilat liderlərinin də olduğu mütəşəkkil cinayət qruplaşmasının üzvü olan 37 şübhəli saxlanılıb.

Zərifə Nağıyeva