İrəvan və Bakı keçmişi geridə qoymaq üçün cəsarətli addımlar atıblar.

"Unikal" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Analena Berbok deyib. 

Almaniyanın xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, hazırda regionda sabit sülhün bərqərar olması üçün imkan var: "Mən sizi və hökumətlərinizi bu məqsədə nail olmaq üçün göstərdiyiniz cəsarətə görə alqışlayıram", - nazir azərbaycanlı və erməni həmkarlarına deyib. 

Almaniyanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, iki dövlət arasında əldə olunan razılaşma regiona müsbət təsir göstərəcək: "Almaniya Ermənistan və Azərbaycan arasında həll olunmamış məsələləri sülh yolu ilə və güc tətbiq etmədən həll etmək üçün səy göstərir. Ona görə də sülh danışıqlarının tez bir zamanda başa çatdırılması vacibdir". 

Qeyd edək ki, Berlində Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü dünən başlayıb və bu gün də davam edir. 

Ağarza Elçinoğlu