Çoxlu sayda hərbçinin attestasiyadan keçməməsi, qənaətbəxş nəticə almaması çox pisdir. 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının üzvü Vaaqn Aleksanyan deyib. 

Deputatın sözlərinə görə, hərbçilərin bəziləri ya fiziki hazırlıqdan, ya atəş hazırlığından, ya da peşəkar suallardan keçə bilməyiblər: "Elə etmək lazımdır ki, həm ordu döyüşə hazır olsun, həm də maaş artsın. Ordu elə bir vəziyyətdədir ki, çoxlu sayda hərbçi qənaətbəxş sertifikat ala bilmir".

Qeyd edək ki, müdafiə nazirinin müavini Karen Brutyanın məlumatına görə, könüllü attestasiyadan keçmək üçün 5908 hərbçi ərizə verib, 5783-ü iştirak edib. Onlardan 91-i əla, 583-ü yaxşı, 2152-si qənaətbəxş, 2957-si isə qeyri-kafi qiymət alıb.

Ağarza Elçinoğlu