İranın xarici siyasətinin əsasını qonşuları ilə əlaqələrin gücləndirilməsi təşkil edir. 

"Unikal" xəbər verir ki, bunu SEPAH-ın baş komandanı Hüseyn Salami deyib. 

Onun sözlərinə görə, buna uyğun kommunikasiya magistrallarının yaradılması və faydalı mədəni, iqtisadi və siyasi əlaqələr də daxildir: "İranın qonşuları ilə ortaq cəhətləri çoxdur. İran Şimalla Cənub, Şərqlə Qərb arasında əlaqənin qızıl nöqtəsidir və böyük üstünlüyə malikdir. Biz güclü və inkişaf etmiş İran, müasir və İslami İran və iqtisadi, siyasi, mədəni və ticarət sahələrində inkişaf edən İran qurmaq üçün çalışırıq". 

Ağarza Elçinoğlu