Biz fiziki cəhətdən güclü deyilik, müqavimət göstərə bilmərik, xüsusən də müttəfiqimiz bizi qorumur.

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

"Mən əminəm ki, Ukraynada münaqişə Qarabağ müharibəsi ilə başlayıb. Burada mümkün sanksiyaların qarşısını almaq üçün alternativ yol əldə etmək lazım idi ki, bu da indi həyata keçirilir. Məsələn, Azərbaycan indi Rusiya qazını Avropaya satır, bu, faktdır".

Spiker bu barədə Rusiya ilə Azərbaycan arasında müqavilə olduğunu da istisna etməyib: "Mən belə bir razılaşmanın olmasını istisna etmirəm, çünki faktları müqayisə edəndə hər şeyin bir-birinə bağlı olduğu anlaşılırdı". 

Ağarza Elçinoğlu