Türkiyəli şoumen, prodüser və iş adamı Acun İlıcalının sahibi olduğu İngiltərənin “Hall Siti” klubu İspaniya yığmasının və “Barselona”nın keçmiş ulduzu Jerar Pikeni transfer edib.
"Unikal" xəbər verir ki, bu barədə Ilıcalı özünün “Instagram” hesabında məlumat verib.
“Ailəmizə xoş gəlmisən, Jerar Pike!”, - o yazıb.
Xatırladaq ki, hazırda “Hall Siti” Çempionşipdə (aşağı liqa) çıxış edir. Komanda 55 xalla 6-cı yerdədir.