London artıq bu yaxınlarda prostat xərçəngi diaqnozu qoyulmuş III Çarlzdan Şahzadə Uilyama hakimiyyətin rahat keçidini təmin etməli olan "Menay körpüsü" əməliyyatı üzərində işləyir.

"Unikal" xəbər verir ki, bu barədə "Daily Express" yazıb. 

"Menay körpüsü" Uelsdəki asma körpüdür. III Çarlz 64 il 44 gün Uels şahzadəsi olub. II Yelizavetanın ölümündən əvvəl Böyük Britaniya “London körpüsünün dağılması” planını hazırlayırdı. Sənəddə monarxın ölümündən sonra prosedur nəzərdə tutulurdu - məmurlar kimə və hansı qaydada zəng edəcək, yeni monarx xalqa necə müraciət edəcək və matəm necə olacaq.

Hakimiyyətin dəyişməsi üçün körpü adlarının seçilməsi təsadüfi deyil. Bu, hakimiyyətin keçidinin simvolunu daşıyır.

Nuranə Abbasova