Yaponiya Rusiya Federasiyası ilə əlaqəli 12 şəxsə və 36 təşkilata qarşı sanksiya tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Sanksiyaların Ukraynadakı vəziyyətə görə tətbiq edildiyi bildirilir.  Sanksiya siyahısına Çeçenistan hökumətinin sədri Müslüm Xuçiyev və Rusiya Qəhrəmanı Axmat-Haji Kadırov adına xüsusi təyinatlı polis alayının Çeçenistan üzrə Daxili İşlər Nazirliyinin komandiri Zamid Çalayev də daxil edilib.

Gülayə Mecid