Ermənistan hakimiyyəti İrəvanın Zvartnots hava limanında Rusiya FSB sərhədçilərinin olmasının mümkünlüyünü müzakirə edir. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan brifinqdə deyib. 

"Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik bir qərar yoxdur", - deyə o, jurnalistin müvafiq sualını cavablandırıb. 

Brifinqin digər iştirakçısı, həmin fraksiyadan olan deputat Vladimir Vardanyan əlavə edib ki, erməni qüvvələri ölkənin hava sərhədlərini özləri qorumalıdır. 

Ağarza Elçinoğlu