Hindistanın ən zəngin adamı Mukeş Ambaninin oğlunu evləndirir. O, buna görə, toydan əvvəl bölgədə yaşayan 50 mindən çox kəndli üçün 3 günlük ziyafət təşkil edib. 

"Unikal" xəbər verir ki, Ambaninin ev sahibliyi edəcəyi üç günlük toy məclisində texnologiya milyarderləri, Bollivud ulduzları, pop ikonları və siyasətçilərin də iştirakı gözlənilir.

Yayımlanan siyahıya əsasən, R&B ulduzu Rihanna və illüziyaçı David Blaine və Bollivuddan Diljit Dosanjh, "Microsoft" qurucusu Bill Qeyts, "Meta" sahibi Mark Zukerberq, o cümlədən, ABŞ prezidentinin qızı İvanka Tramp, həmçinin İsveçin keçmiş baş naziri Karl Bildt, Kanadanın keçmiş baş naziri Stiven Harper və Butan kralı da var.

Bu həftə sonu keçiriləcək dəbdəbəli toy yeməkləri üçün 21 aşpaz tutulub. Tədbirində iştirak edən qonaqların riayət etməli olduğu ciddi geyim kodu da var. Bildirilir ki, martın 1-dən 3-dək baş tutacaq əsas şənliklərdə fərqli mövzular, tədbirlər və geyim qaydaları olacaq.

Xatırladaq ki, Ambani 2018-ci ildə qızı üçün Hindistanda ən bahalı toy təşkil edib. Bu toy 100 milyon dollara başa gəlib və toyda ABŞ pop meqastarı Beyons çıxış edib. 

"Forbes"in məlumatına görə,  Ambani 114 milyard dollardan çox sərvətlə Asiyanın ən varlı adamıdır. 

Gülayə Mecid