Təəccüblənirəm ki, Ermənistan hakimiyyəti Rusiya sərhədçilərinin Sünikdə hansı müqaviləyə əsasən olduğunu bilmir. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin "Hayastan" fraksiyasının lideri Seyran Ohanyan deyib.

"Belə bir razılaşma yoxdursa, Ermənistan səlahiyyətliləri çətin vəziyyətə düşəndə ​​şifahi deyirdilər ki, get, yerləş. Bu müzakirələr rus sərhədçilərinin avropalı müşahidəçilərin oraya gəlməsinə mane olduğu və ya imkan vermədiyi açıqlanandan sonra baş tutub", - deputat qeyd edib. 

Onun sözlərinə görə, bu gün Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələrinin bölmələri üz-üzədir: "Bölmələr arasında hər hansı təxribatın qarşısını almaq və müvafiq tədbirlər görmək Silahlı Qüvvələrimizin funksiyasıdır. Yerli komandanlıq özünü ağıllı aparsaydı, 4 qurbanımız olmazdı. Ən əsası isə odur ki, həmin aksiyadan sonra heç bir əks-hərəkət olmayıb" 

Ağarza Elçinoğlu