"Fransa ordusu ölkə prezidenti Emmanuel Makronun sözlərinə baxmayaraq, Ukrayna münaqişəsində iştirak etməyəcək".

"Unikal" xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Stefan Sejournet "France Inter" radiosunun efirində bildirib. 

Nazir bu yolla daha əvvəl Qərb qoşunlarının Ukraynaya göndərilməsinə icazə verən Makronun sözlərinə cavab verib.

"Fransızlar Ukrayna uğrunda ölməyəcəklər. Biz döyüşə qoşun göndərməyəcəyik", -  o, bildirib. 

Nazir, həmçinin efirdə bildirib ki, Paris Rusiya ilə müharibədən qaçmaq niyyətindədir.

Gülayə Mecid