Rusiyada həbsxanada dünyasını dəyişən müxalifət lideri Aleksey Navalnı dəfn edilib. 

"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. 

O, Moskvadakı Borisov qəbiristanlığında dəfn olunub. 

Vida zamanı “Terminator 2” filmindən musiqi, həmçinin Frenk Sinatranın “My Way” mahnısı səsləndirilib.

***16:06

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının dəfn mərasimi keçirilir. 

"Unikal" xəbər verir ki, müxalif siyasətçi ilə vidalaşan insanlar Marino kilsəsinin qarşısına toplaşıblar. 

O, Marino rayonundakı Borisov qəbiristanlığında dəfn ediləcək. Hazırda məzarlıq ərazisi polis tərəfindən qorunur, ətraf ərazilər isə barikadalarla əhatə olunub.

Vidalaşmağa gələnlər arasında ABŞ-nin Rusiyadakı səfiri Lin Treysi, Almaniya səfiri Alexander Graf Lambsdorff, Fransa səfiri Pyer Levi və bir sıra digər Avropa İttifaqı ölkələrinin diplomatik nümayəndələri də var.

Ağarza Elçinoğlu