Ermənistandan Rusiyaya qırmızı balıq tədarükü zamanı pozuntular aşkarlanıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb. 

Qeyd olunub ki, laboratoriya monitorinqi zamanı Ermənistanın “Maks Fiş” şirkətinin qırmızı balıqlarında bakteriya aşkar edilib. 

Bununla əlaqədar olaraq bu müəssisədən balıq tədarükünə müvəqqəti məhdudiyyətlərin tətbiqi qərara alınıb.

Ağarza Elçinoğlu