Olimpiya çempionu Alina Kabayeva "Alina 2024" festivalının açılışının məşqi çərçivəsində idman məşqində iştirak edib.

"Unikal" xəbər verir ki, bu barədə “Heavenly Grace”in rəsmi saytında məlumat verilib.

Alina Kabayeva gimnastların yeni idman uğurlarına baxıb, onlarla xatirə şəkli çəkdirib.

“Mən çox şadam ki, biz hamımız birlikdə belə böyük bayram edirik və sevimli bədii gimnastikamızı təkcə ölkəmizdə deyil, bütün dünyada inkişaf etdiririk”, - Alina Kabayeva festival haqqında deyib.

Qeyd edək ki, Kabayevanın Rusiya Prezidenti Vladimir Putinlə sevgili olduğu deyilir. Bir müddət əvvəl onların münasibətlərində soyuqluq yarandığı, hətta Alinanın ev dustaqlığında saxlanıldığı iddia edilirdi. 

Nuranə Abbasova