Polis əməkdaşaları paytaxtın Yasamal rayonu ərazisində 3 200 manatlıq rabitə kabeli oğurlayan şəxsləri saxlayıblar.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayon ərazisində yerləşən rabitə quyularından birindən 3200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.
Həyata keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıblar.