Honq-Konqdan olan milyarder həyatını 250 milyon dollara sığortalayaraq dünya rekordunu yeniləyib.
"Unikal" xəbər verir k, onun bu nailiyyət Ginnesin Rekordlar Kitabı tərəfindən tanınıb və sertifikatlaşdırılıb.
Əvvəlki rekord 2014-cü ilin martında 201 milyon dollarlıq sığorta alan Kaliforniyalı texnoloji milyarderə məxsus idi.
Müştərinin adı açıqlanmasa da, Honq-Konq və Makaodakı HSBC Life-ın baş direktoru Edvard Monkreif onun bir çox millətdən olan Asiya əsilli super zəngin bir insan olduğunu qeyd edib.