Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinə yağan güclü yağışlar 17 nəfərin həyatına son qoyubş 

"Unikal" xəbər verir ki, əyalətin bəzi bölgələrində, xüsusilə Peşavar, Aşağı Dir və Bacaurda güclü yağışlar nəticəsində evlərin damları uçub, bəzi evlər isə sürüşmə nəticəsində torpaq altında qalıb.

Axtarış-xilasetmə qrupları əyalətdə 17 nəfərin həyatını itirdiyini, 23 nəfərin isə yaralandığını açıqlayıb. Səlahiyyətlilər yaralıların müalicə altına alındığı barədə məlumat paylaşıblar.

Ərazidə fövqəladə vəziyyət elan edilib