Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl nəhayət Rusiyaya köçdüyünü açıqlayıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Knaysl Rusiya həqiqətən azad ölkə olduğu üçün bu qərarı verdiyini söyləyib.

Knayslın sözlərinə görə, o, Rusiyanın şərqində ev tikmək istəyir və artıq bir yeri nəzərində saxlayır. 

"Mən burada səmimilik hiss edirəm" deyən keçmiş nazir bildirib ki, o artıq rus dilində də danışmağa başlayıb.