Moskvanın Basmannı məhkəməsi Ukraynanın Qazaxıstanda axtarışda olan keçmiş səfiri Pyotr Vrublevskini nifrət və ya düşmənçilik salmaq ittihamı ilə qiyabi həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə Ria Novosti məlumat yayıb.

2022-ci ildə sosial şəbəkələrdə Vrublevskinin rusları öldürməyə çağırdığı videodan sonra Qazaxıstanda arzuolunmaz status alıb.  Ukrayna onu geri çağırıb və yeni səfir təyin edib. 2024-cü ilin fevralında Rosfinmonitorinq onu ekstremistlər və terrorçular siyahısına daxil edib. Əvvəllər Vrublevskinin adı Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında görünürdü.

O, zorakılıq hədəsi ilə milli mənsubiyyətinə görə bir qrup şəxsə qarşı internet vasitəsilə nifrət və ya düşmənçilik yaratmaqda ittiham olunur.