Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən “Nikosayağı” ləqəbli bloger Nicat Şakirli son söz deyib.
"Unikal" xəbər verir ki, o bildirib:
"Onsuz da Allah mənim cəzamı verib. Sonsuza qədər ürəyimdə bu cəzanı çəkəcəm. Bundan sonra veriləcək hər bir cəzaya da hazıram. Rəhmətə gedən şəxs də mənim doğma qardaşımdan fərqlənməyən insan idi. Qardaşımın ailəsindən bir daha dönə-dönə üzr istəyirəm".