Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev (“Quska”) barəsində yeni cinayət işi açılıb.
"Unikal" xəbər verir ki, daha əvvəl 6 il müddətinə azadlıqdan məhrum edilən keçmiş millət vəkilinin cəza müddətinin bitməsinə 47 gün qalmış Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Hüseyn Abdullayev cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında (CM-in 193-1.3.2-ci mad.) ittiham olunur.