Məhkəmə “Toplum TV”nin daha bir əməkdaşı ilə bağlı qərar verib.

"Unikal" xəbər verir ki, Müşfiq Cabbarla bağlı 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***18:43

Bakı şəhəri Xətai Rayon Məhkəməsi “Toplum TV” işi üzrə saxlanılanlar barədə həbs qətimkan tədbiri seçib.

Unikal” xəbər verir ki, bununla bağlı hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qərarla Akif Qurbanov 4 ay, Ramil Babayev 4 ay, İlkin Əmrahov isə 4 ay müddətə həbs olunublar.

Qeyd edək ki, “Toplum Tv” işi üzrə saytın təsisçisi Ələsgər Məmmədli və başqa bir neçə əməkdaşı saxlanılıb. Təqsirləndirilən şəxslər qaçaqmalçılıqda ittiham edilirlər.