Martın 8-də saat 22:40 radələrində 1998-ci il təvəllüdlü Tural Əlizadə idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Astara şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı elektrik dirəyinə çırpılıb.
Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, qəza nəticəsində sürücü ölüb, avtomobildə olan sərnişin Mehdi Əsgərzadə isə bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.