Kubada boks dünyasının əfsanəvi döyüşçülərindən biri olan Emilio Korrea Vaillant vəfat edib.

"Unikal" xarci KİV-ə istinadən xəbər verir ki, olimpiya, dünya və Panamerika çempionu kubalı boksçu Emilio Korrea Vaillant 71 yaşında dünyasını dəyişib. Boksçunun ölüm səbəbi isə açıqlanmayıb. Kuba Olimpiya Komitəsi  Kuba idmanının yasda olduğunu qeyd edib.

Zərifə Nağıyeva