Ermənistan ərazisində adları Azərbaycan mətbuatında yayılan kəndlər heç vaxt olmayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib.

"Tavuş marzının kəndləri ilə bağlı heç vaxt söhbət olmayıb və ola da bilməz. SSRİ dövründə mövcud olan keçmiş sərhəd var, sərhədin o tayında olan Azərbaycandır, bu tərəfdə olan Ermənistandır", - Paşinyan qeyd edib. 

Baş nazir həmçinin əlavə edib ki, dDelimitasiya prosesinin Tavuş marzından başlayacağı istisna edilmir: "Danışıqlar prosesində bəzən belə təəssürat yaranırdı ki, biz müəyyən reallıqları nəzərə alaraq, müəyyən ərazi mübadiləsi apara bilərik, o mənada ki, de-yure sərhəd burada olsa da, faktiki reallıqları nəzərə alaraq, müəyyən dəyişikliklər etməliyik. Belə imkanlar böyük deyil və prosesi deformasiya edə, əlavə risklər gətirə bilər. 

Mütəxəssislərimizin rəylərindən sonra əmin oldum ki, çaşqınlıq, düşüncə və perspektiv problemi var. Mən həmişə demişəm ki, demarkasiya və delimitasiya prosesi ən qısa zamanda həyata keçirildikdə paralel olaraq üç mühüm şərt təmin olunacaq: gedən prosesin hüquqi əsası, funksional məsələlərin həlli və təhlükəsizlik. Delimitasiya olunmuş sərhəd artıq həmin sektorun uzunmüddətli sabitliyi üçün dəmir zəmanətə çevrilməlidir".

Xatırladaq ki, Azərbaycan ilk olaraq İrəvandan 4 kəndin qaytarılmasını tələb edib.

Ağarza Elçinoğlu