Bakıda həbsdə olan separatçı rejimin dövlət naziri Ruben Vardanyanın daha bir obyekti satılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Qeyd olunub ki, Vardanyanın həyat yoldaşı Veronika Zonabendin adına olan İrəvandakı “Cactus” restoranını erməni iş adamı Narek Nalbandyan alıb.

Nalbandyan restoranın yerində supermarket açmağı planlaşdırır. 

Xatırladaq ki, bundan əvvəl erməni milyarderin sahibi olduğu bank da satılmışdı. 

Ağarza Elçinoğlu