Ermənistan beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddiaları geri çəkə bilər. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı belə bir məsələ müzakirə olunub: "Bu, sülh müqaviləsinin müddəaları artıq razılaşdırıldıqda və hər iki tərəfin imzalamağa hazır olduğu ən sonda müzakirə oluna biləcək bir məsələdir. Əgər tərəflər sülh müqaviləsi imzalayırsa, niyə bir-birinə qarşı hüquqi müharibələri davam etdirirlər?"

O həmçinin bildirib ki, beynəlxalq məhkəmələrdə şikayətlərin geri götürülməsi prosesi ikitərəfli olmalıdır.

Ağarza Elçinoğlu