Ermənistan Respublikasının yeni Konstitusiyaya ehtiyacı var.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, konstitusiyaya dəyişikliklərin konsepsiyası artıq hazırdır: "Mən konsepsiya ilə tanış oldum və həmçinin həmin konsepsiya ilə tanışlıq nəticəsində belə qənaətə gəldim ki, Ermənistan Respublikasının yeni Konstitusiyaya ehtiyacı var. Baxmayaraq ki, hələ 2020-ci ilin fevralında, covid pandemiyası səbəbindən ləğv edilmiş konstitusiya referendumu olanda, mən o vaxt da yeni Konstitusiyanın zəruriliyindən danışmışdım".
Ağarza Elçinoğlu