Moskva Rusiya sərhədçilərinin İrəvan hava limanından çıxarılması ilə bağlı departamentdən məktub alıb.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Onun sözlərinə görə, şöbələr arasında əlaqələr davam edəcək: "Hazırda daha çox şey deyə bilmərəm". 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu barədə Ermənistan Respublikasının Sərhəd Qoşunları Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarına məktub göndərib.

Ağarza Elçinoğlu