Siyasi qərarları hüquqi proseslərlə qarışdırmaq olmaz. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib. 

Baş nazir qeyd edib ki, ölkə KTMT-dəki fəaliyyətini praktiki olaraq dondurub: "Bu o deməkdir ki, biz sessiyalarda iştirak etmirik, nümayəndəmiz yoxdur. Sual yaranmır ki, niyə Ermənistanın KTMT-də nümayəndəsi yoxdur, biz niyə öz kvotamızdan KTMT-nin baş katibinin müavini təyin etmirik, niyə İrəvan KTMT-də yayılan sənədlərə münasibət bildirmir?

KTMT üzrə tərəfdaşlarımızın cavabını gözləyirik: KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir? Biz KTMT ilə problem yaratmamışıq. 2021-ci ilin may hadisələrindən sonra qırmızı xəttin keçdiyini rəsmən qeyd etmişik. KTMT Ermənistanın suveren ərazisini göstərməyib və bu gün o məsələ masadadır". 

O, ittifaqdan çıxmaqla bağlı sualı cavablandırıb: "Əgər KTMT bizim suallarımızı cavablandıracaqsa və o cavablar bizim ideyalarımızla üst-üstə düşəcəksə, bu o demək olacaq ki, Ermənistanla KTMT arasında məsələlər öz həllini tapıb və ümumiləşdirilib. Əks halda Ermənistan KTMT-dən çıxacaq. Bunun nə vaxt olacağını deyə bilmərəm". 

Ağarza Elçinoğlu