Azərbaycanda saxlanılan məhbusların, girovların və digər saxlanılan şəxslərin qaytarılması üçün gündəlik iş aparılır.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib. 

O, antiterror əməliyyatından sonra həbs edilən separatçı rejimin nümayəndələrindən bəhs edib: "Mən də başa düşürəm ki, o gündəlik işin təsviri nəticə əldə olunmayana qədər mənasızdır. Ona görə də sualın düzgün və tutarlı cavabı odur ki, biz gündəlik işləri görürük. Bu iş effektivdirmi? Eyni şəkildə dekabrda qayıdan qardaşlarımızın geri qaytarılması məsələsində də çox uzun müddət nəticəsiz iş gördük. Onlar qayıdana qədər bu iş nəticəsiz qaldı. Onların qayıtmasına beş dəqiqə qalmış belə etməli olduğumuz səmərəsiz idi". 

Paşinyan Rusiya prezidenti Vladimir Putinin "Artsax" liderlərinin Ermənistanda gözlənilməməsi ilə bağlı bəyanatına heç bir şərh verə bilməyib: "Mən başqalarına aid edilən birbaşa sitatları yalnız onları oxuduqdan və ya tanış olduqdan sonra şərh etməyə üstünlük verirəm". 

Ağarza Elçinoğlu