"Vergi orqanlarında ilk dəfə rəhbər vəzifəli şəxs kimi xidmətə qəbul olunan şəxslərə münasibətdə xüsusi rütbənin verilməsinin rejimi də müəyyən edilib. Burada da hər hansı sui-istifadəyə yol verilməməsi və yaxud bu səlahiyyətin qeyri-məhdud həcmdə müəyyən edilməməməsi üçün müəyyən məhdudiyyətlər, konkret şərtlər var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
O bildirib ki, rəhbər vəzifəli şəxslər dedikdə bölmə və ondan yuxarı rəis heyəti nəzərdə tutulur: "Hətta baş rəis heyətinə təyin olunan şəxslərə münasibətdə xüsusi rütbə ilk dəfə veriləcəksə, həmin baş rəis heyəti üçün verilə biləcək ən aşağı xüsusi rütbə ilkin olaraq vəzifəyə təyin olunarkən veriləcək. Bu isə xüsusi rütbələrin verilməsi ilə bağlı fərqli yanaşmaların qarşısının alınmasına, həm də konkret tənzimləmərin qanunda müəyyən olunmaqla şəffaflığın təmin edilməsinə xidmət edəcək".
Anar Kəlbiyev