İpotekaya xitam verilən hallar genişlənir.
"Unikal" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək.
Eyni zamanda, zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir. Bununla bağlı məsələ Mülki Məcəlləyə dəyişiklikdə əksini tapıb.
Zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zamin subsidar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılacaq.
Anar Kəlbiyev