Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxıb.
Ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi Almaniyada “Bayer”lə qarşılaşıb. Bu mərhələyə yüksəlməklə tarixi nəticəyə imza atan Qurban Qurbanovun yetirmələri daha bir sensasiyaya imza atmaqla 1/4 finala vəsiqə qazanmağa çalışıb. Bakıdakı kimi, bu oyunda da "Qarabağ" son dəqiqələrə kimi hesabda öndə olub. Amma artırma dəqiqələrində Patrik Şikin dublu "Bayer"ə əzmkar qələbə və 1/4 finala vəsiqə gətirib.
Xatırladaq ki, “Qarabağ” bu rəqiblə Avroliqanın qrup mərhələsində də qarşılaşmışdı. Səfərdə 1:5 hesabıyla uduzmuş Ağdam klubu, evdə də 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.