Afrikanın bir çox ölkəsində dənizaltı internet xətlərində fasilələr yaranıb.

"Unikal" xəbər verir ki, Afrikanın ən böyük şəbəkə provayderlərindən biri olan "MTN Group"un verdiyi açıqlamada bir çox ölkədə gün ərzində internet kəsintisinin yaşandığı paylaşılıb.

Açıqlamada kəsintilərin dənizin altındakı xətlərdə yaranan qırılma və nasazlıqlardan qaynaqlandığı bildirilib. Fil Dişi Sahili, Liberiya, Benin, Qana, Burkina Faso, Namibiya kimi ölkələrdə internetin kəsildiyi qeyd edilib. 

Zərifə Nağıyeva