Ermənistan Avropa İttifaqına üzvlük üçün müraciət edə bilər.
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasi xidmətinin nümayəndəsi Piter Stano bildirib.
"Ölkələrin öz xalqları üçün daha yaxşı gələcək üçün səy göstərmək hüququ var. Onlar belə bir gələcəyi necə təmin edəcəklərinə qərar verməkdə sərbəstdirlər.Aİ-yə üzvlük məsələsinə gəlincə, hər bir Avropa ölkəsinin xalqı və hökuməti Aİ-yə üzvlük üçün müraciət etmək istəyib-istəmədiklərinə qərar verməlidir", - deyə o qeyd edib.
Xatırladaq ki, martın 13-də Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə namizədliyinin verilməsi imkanlarına baxmağı təklif edən qətnamə qəbul edib.
Ağarza Elçinoğlu