"Böyük Britaniya hazırda Rusiya ilə “boz müharibə” aparır".
"Unikal" xəbər verir ki, bunu Britaniya kəşfiyyatının MI6-nın keçmiş rəhbəri Riçard Dirlov “Politico” nəşrinə müsahibəsində deyib.
Dirlov qeyd edib ki, Britaniyada yoldan keçən şəxsdən ölkədə hazırda müharibə olub-olmadığını soruşsalar, o, sual verənə dəli kimi baxacaq.
“Ancaq biz müharibədəyik, Rusiya ilə boz müharibə aparırıq və mən bunu insanlara xatırlatmağa çalışıram”, - o, vurğulayıb.